Tikinti İşləri
Bizim mütəxəssislərimiz texniki standartlara və tikinti normalarına tam riayət etməklə, layihə tikinti sənədlərinin işlənib hazırlanması, təsdiq olunması və əlaqələndirilməsi ilə məşğul olur.
Tikinti və nəzarət prosesi icrasında biz, dizayn eskizləri, texniki və keyfiyyət standartları, spesifikasiyalar, müvafiq qanunvericilik və tənzimləmələrə uyğun olaraq icra edilməsini təmin edirik.
Bizim memarlar, müfəttişlər, sahə nəzarətçiləri müvafiq kurslarda mütəmadi təlimatlandırılırlar və öz işlərinin əsl peşəkarıdırlar. Biz, daxili köməkçi qurğuların hazırlanmasından tutmuş, damın inşasında işləri tamamilə yerinə yetirənə qədər tikinti işləri aparırıq.