Şirkət haqqında

“Lab interiror” MMC təmir-tikinti şirkət uzunillik təcrübəyə malik olan peşəkar mühəndislərin bir komandada toplanması nəticəsində yaradılmışdır. Yarandığı gündən etibarən fəaliyyətini genişləndirmiş və qısa müddət ərzində təmir-tikinti sektorunda və eyni zamanda laboratoriya mebellərinin hazırlanması və montajı sahəsində əhəmiyyətli yerlərdən birini tutmuşdur.

Hal-hazırda “Lab interior” MMC-nin əsas fəaliyyəti iki hissədən ibrarətdir:

  1. Fərdi yaşayış sahələri də daxil olmaqla, iri obyektlərin və dövlət idarələrinin obyektlərinin təmir-tikinti işlərinin həyata keçirilməsi
  2. Xüsusi laboratoriya mebellərinin hazırlanması və montajı

Şirkətin 20-yə qədər ofis işcisi, 50-dən cox usta və fəhlə kollektivi mövcuddur. Göstərdiyimiz xidmətlər aşağıdakılardan ibarətdir:

  1. Layihələndirmə İşləri
  2. Memarlıq və Dizayn
  3. Konstruksiya İşləri
  4. Tikinti İşləri
  5. Əsaslı Təmir
  6. İzolyasiya İşləri
  7. Elektrik Sistemlərinin Quraşdırılması
  8. Havalandırma Sistemlərinin Quraşdırılması
  9. Yaşıl İnfrastruktur

Xidmətlər haqqında ətraflı məlumat almaq üçün veb-saytın “Xidmətlər” bölümünə nəzər yetirə bilərsiniz.

Hər yeni sifarişçinin / müştərinin bizə olan güvənini doğrutlmaq məqsədi ilə öz işimizi peşəkarcasına görməklə yanaşı, uzunmüddətli perespektivdə gördüyümüz işlərə zəmanət vermək üçün iş əsnasında istifadə olunan materiallar çox həssaslıqla seçilir. Bunun üçün yerli və xarici bazarda öz məhsullarının keyfiyyəti ilə tanınmış bir çox müəssisələrlə tərəfdaşlıq etməkdəyik. Onlardan bəziləri aşağıdaklardır: