Labinteryer MMC tərəfindən hazırlanan köşklər dəniz səviyyəsindən 2000 m hündürlükdə istifadəyə verildi

100 mm qalınlığında izolyasiya materialları ilə daşınabilən köşklərin hazırlıq prosesi başa çatmışdır. Hər bir köşkün elektrik sistemi təhlükəsizlik standartlarına ciddi əməl olunmaqla qurulmuşdur. Eleketrik enerjisi həm elektrik xətlərindən, həm də generatordan elektrik enerjisi ilə təmin oluna bilər.

Köşklər sanitar qovşaqlar və su çəni ilə təmin edilir. Tam avtonom olaraq, hava şəratindən aslı olmayaraq komfortla istifadə oluna bilər. İstilik konvektorları ilə və kondisionerlə təmin edilir. Sifarişçinin istəyi ilə tam klimat (iqlim) kontrol sistemi də qurula bilər.

Köşklər sifariş edənin tələbinə uyğun olaraq 1, 2 və 3 mərtəbəli qurula bilər. Sifarişçinin istəyi ilə pilləkən sisteminin həm daxildə, həm də çöl tərəfdə qurulması mümkündür.

Köşklərə əlavə müşahidə kameraları, həmdə yanğın təhlükəsizlik sistemləri də quraşdırmaq mümkündür. Sifarişçinin istəyi ilə korpusların qurulmasının layihələndirmə işləri də tərəfimizdən icra olunur.